Minskdə küçələri və metronu su basdı
Mayın 20-də Minskdə güclü yağış yağıb.
Leysan nəticəsində bir neçə küçəni, metronun "Ploşad Lenina" stansiyasını, ticarət mərkəzi və kafeləri su basıb.
Minsk metrosunun mətbuat xidmətindən verilən məlumata görə, güclü yağış səbəbindən metronun "Ploşad Lenina" stansiyasının tağlarından su sızıb. Metropoliten əməkdaşlarının fövqəladə vəziyyətin aradan qaldırılması üçün tədbirlər gördüyü vurğulanıb.
Həmçinin, Tolstoy və Moskva küçələrinin kəsişməsi, eləcə də "Galileo" ticarət mərkəzi su altında qalıb.
Mənbə: kp.ru