Saxta pul hazırlamaqda təqsirləndirilən azərbaycanlı alimin həbs müddəti uzadıldı
Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə tutularaq ölkəyə gətirilən azərbaycanlı alim Fazil Qasımovla bağlı yenidən məhkəməyə müraciət edilib.
"Mozalan.az"ın məlumatına görə, Nərimanov Rayon Məhkəməsinə daxil olmuş təqdimatda seçilmiş qətimkan tədbiri müddətinin daha bir neçə ay uzadılması istənilib.
Hakim iş üzrə istintaq hərəkətlərinin davam etməsini nəzərə alaraq F.Qasımovun həbsdə saxlanılma müddətinin üç ay uzadılmasına qərar verib.
Qeyd edək ki, Fazil Qasımov Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.