Türkiyənin 77 vilayətində ƏMƏLİYYAT: İki mindən çox şübhəli barəsində istintaq başlayıb - VİDEO
Türkiyə Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları ölkənin 77 vilayətində qaçaqmalçılara və qanunsuz silah saxlanmasına qarşı “Mercek-19” kod adlı əməliyyat keçiriblər.
Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
Məlumata görə, əməliyyat nəticəsində 1 877 silah müsadirə edilib, 2 089 şübhəli şəxs barəsində cinayət işi açılıb.
Mənbə: Milliyet.com