May 15

Yüzlərlə balığın ölənə qədər fırlanmasının səbəbi müəyyən edildi - ARAŞDIRMA + FOTO/VİDEO

Balıqların qəribə davranışları haqqında məlumatlar ilk dəfə 2023-cü ilin oktyabrında yayılmağa başlayıb və alimlər sahildə ölü balıqların aşkar edilməsi ilə bağlı 500 məlumat qeydə alıblar.

ABŞ-nin Florida ştatının Meksika körfəzi Universitetindən bir qrup alim 300-dən çox balığın toxumasından alınan nümunələri təhlil ediblər.

Tədqiqat zamanı alimlər nümunələrdə dənizin dibində bitən zəhərli yosunları aşkarlayıblar. Onlar hiperaktivlik və səyrimə ilə müşayiət olunan nevroloji xəstəliklərin səbəbinin dəniz dibindəki bakteriyalar olduğunu hesab edirlər.

Bu yaxınlarda Florida Balıq və Vəhşi Təbiəti Mühafizə Komissiyası və tədqiqatçılar 2024-cü ilin aprelində Florida-Kis sahili boyunca quruya atılmış altı ölü kiçikdişli mişarbalığı aşkarlayıblar. Qeyd edək ki, bu növün nümayəndələrinin nəsli kəsilmək üzrədir.

Tədqiqatın müəllifləri etiraf edirlər ki, balıqların kütləvi ölümünün səbəbini rəsmən müəyyən etmək üçün əlavə tədqiqatlar tələb olunacaq. Bununla belə, alimlər artıq yerli su və balıq toxumalarında təbii toksinlər, həmçinin yüksək miqdarda “Gambierdiscus” yosunları aşkarlayıblar.

Mənbə: Daily Mail

Bənzər xəbərlər

Gündəm

0.034610033035278