Sevindik Hətəmov Zərifə parkını da satdı? – Mağazaları ağaclarla birlikdə tikirlər – VİDEO
Yerlərdə icra başçılarının torpaq alverçisinə çevirilməsi barədə mətbuatda dəfələrdə məlumatlar yer alıb. Bir neçə il əvvəl içra başçıları bütün işini gücünü atıb Bələdiyyələrlə birlikdə yalnız torpaq satmaqla məşğul olurdu. Şükürlər olsun ki, daha satmaq üçün boş torpaq da qalmayıb. Elə bu səbəbdən də hazırda hədəf kimi parklar, məktəblərin, uşaq bağçalarının həyətləri və sairə seçilib. Bir sözlə, söz veriblər ki, bir sağ ağac qoymayacaqlar.
Bizimxeber.az-ın əməkdaşları Salyan rayonunda qəribə bir mənzərə ilə rastlaşıblar. Salyanın mərkəzi küçələrinin birində yerləşən Zərifə Əliyevanın adına olan park indi Bələdiyyə Parkı olub. Parkın adını dəyişən kimi təyinatın da dəyişməyə başlayıblar. İndi bu parkda sıra ilə mağazalar tikilir.
Hələ bu mağazalar öz eqzotik görnüşü ilə də fərqlənir. Təsəvvür edə bilirsinizmi ki, su almaq üçün mağazaya girisən və səni satıcı ilə bərabər böyük bir ağac qarşılayır. Sözün açığı bu yeni modeldir. Halal olsun bunu fikirləşən bələdiyyə sədri ilə icra başçısına. Mağaza tikilir və ortasında böyük bir ağac var. Bu ağacı zatən kəsməyəcəklər. Özü quruyacaq. Sonra da deyəcəklər qurudu kəsdik.
Qəribədir, doğrudanmı icra başçısı Sevindik Hətəmovla, bələdiyyə sədri biz insanları avam hesab edir? Həqiqətənmi bunlar düşünülər ki, etdikləri doğrudur və bunu etməklə düz edirlər?
Onlar kimi aldadırlar özlərini yoxsa? Bu sualın çox sadə cavabı var. İcra başçısı bu parkın yerini satıb pul qazanır və düşünür ki, bir müddət sonra onu başqa rayona icra başçısı təyin edəcəklər. Zatən nəyimə lazımdır. Bəs Bələdiyyə sədri? O ki Salyanlıdır və bu parkda övladları, nəvələri oynaya bilər. Təbii ki, indi onu pul maraqlandırır.
Elə isə bizim Salyan icra başçısı Sevindik Hətəmova tək bir sualımız var. Çox hörmətli Sevindik müəllim. Bu parkdakı ortasında ağac olan mağazalaın tikintisinə sizmi icazə vermisiz? Bu ağacların gələcək aqibəti nə olacaq? Buna görə, az da olsa narahatlıq keçirirsinizmi?