Apr 20

Mahmud əl-Həmzə: “Azərbaycan güclü dövlət olduğunu artıq sübut edib”

Yaxın Şərqdə vəziyyət İran İslam Respublikasının İsraillə açıq qarşıdurmaya getməsindən sonra daha da gərginləşdi. İsrailin Dəməşqdəki (Suriya) diplomatik məhəlləni raketlərlə vuraraq SEPAH zabitlərini öldürməsinin cavabında aprelin 14-də İran İsrailə dron və raketlərlə hücum etdi. Bundan beş gün sonra isə İsrail İrandakı hərbi obyektlərə zərbə endirdi.

Qeyd etmək lazımdır ki, İsrailin dünənki cavabı İranın nəticəsiz, amma effektiv zərbəsindən qat-qat zəif idi. Yeri gəlmişkən, İranın raket və PUA-larını ABŞ, Böyük Britaniya, Fransa və İordaniyanın hava hücumundan müdafiə qüvvələri vurmuşdular. Hətta bu mərmilərdən bəzilərinin Suriya səmasında məhv edilməsi ilə bağlı məlumatlar vardı.

Yaxın Şərqdəki bu gərginlik fonunda Azərbaycan İranın hansı davranışlarından çəkinməlidir? Mövzunu -a şərh edən suriyalı müstəqil politoloq, professor Mahmud əl-Həmzə bildirib ki, Azərbaycan güclü dövlət olduğunu artıq sübut edib.

“Sizin Türkiyə kimi güclü müttəfiqiniz var. Və Rusiya indi Azərbaycana Ermənistandan daha yaxındır. Bakı isə İsraillə əməkdaşlıq edir (baxmayaraq ki, bu, Tehranı narahat edir). Amma istənilən halda, İran ən azı öz ərazisində yaşayan çoxmilyonlu azərbaycanlı amilini nəzərə alaraq Azərbaycana qarşı hərəkət edə bilməz”, - politoloq deyib.

Politoloq əlavə edib ki, İran bir çox millətlərin mozaikasıdır və orada farslar çoxluq təşkil etmirlər:

“Deməli, azərbaycanlılar arasında kütləvi hiddət doğuran bir hadisə baş versə, domino effekti yaranacaq və İran dağılacaq. İran siyasətçiləri belə riskə getməzlər”.

Nair Əliyev

Bənzər xəbərlər

Gündəm

0.028769016265869