Norveç İrandakı vətəndaşlarına xəbərdarlıq etdi - FOTO
Norveçin Xarici İşlər Nazirliyi bəyanat yayaraq, vətəndaşlarını İrana səfər etməkdən çəkinməyə çağırıb, hazırda İranda olan norveçlilərdən isə ən qısa vaxtda ölkəni tərk etmələrini istəyib.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
Bildirilir ki, qurum bölgədəki vəziyyəti qeyri-sabit adlandırıb, həmçinin İran-İsrail münaqişəsinin gərginləşməsi və bu ölkələrin hava məkanının bağlanma riskinin olduğunu vurğulayıb.
Nazirlik bundan başqa hazırkı vəziyyətdə İranda əcnəbi və ikili vətəndaşlara qarşı əsassız həbslər və təzyiqlər ehtimalının yüksək olduğu barədə xəbərdarlıq edib.