Belarusda avtobusla yük maşını toqquşdu: 40-dan çox yaralı var
Belarus Səhiyyə Nazirliyi Minsk yaxınlığında avtobusla ağır yük maşınının toqquşması nəticəsində 43 nəfərin xəsarət aldığını bildirib.
“43 zərərçəkənin üçü yeniyetmədir, onlardan biri xəstəxanaya yerləşdirilib”, - deyə Minsk təcili tibbi yardım stansiyasının baş həkimi Aleksandr Jinko bildirib.
Onun sözlərinə görə, təcili tibbi yardım briqadaları 30-dan çox zərərçəkmişi paytaxt xəstəxanalarının təcili yardım şöbələrinə çatdırıblar, bir neçə nəfər özü gəlib, üç sərnişinə isə hadisə yerində tibbi yardım göstərilib. Müayinədən sonra səkkiz nəfər xəstəxanaya yerləşdirilib.
Xəsarət alanlara - kəllə-beyin travmaları, sınıqlar, qançırlar və kəsiklər diaqnozu qoyulub.
Daxili İşlər Nazirliyinin məlumatına görə, qəza aprelin 16-da Minsk yaxınlığında, Smiloviçi şosesində baş verib. Avtobus yolun kənarında dayanan yük maşını ilə toqquşub.
Mənbə: TASS