Apr 15

“Məmurlarımız çökən asfalt, sahibkarlarımız çürük kartof əqidəsi ilə vurnuxursa...”

Rusiya(!) paytaxtında azərbaycanlı sahibkarların çürük kartof üstündə biri-birini güllələyib öldürdüyünü eşitdik və eşitdiniz...
Bakıdakı, Sumqayıtdakı, rayonlardakı təzə avtomobil yollarımızın da  “qrafikə uyğun olaraq”  mütəmadi çökdüyünü və yeni işlərlə təzə yeyintilərə yollar açıldığını da eşidirik və eşidirsiniz...
Məmurlarımız çökən asfalt, səki, uçan körpü, dağılan ev, sahibkarlarımız çürük kartof, saxta yağ, düyü, iylənmiş ət, alimlərimiz saxta dissertasiya,  oğurluq məqalə, kitab, müəllimlərimiz  savadsız, amma pullu şagird, tələbə, həkimlərimiz  varlı xəstə, saxta dərman, mollalarımız “yağlı” ölü, hakimlərimiz pullu məhkum(siyahı demək olar ki, bütün zümrə və peşələrə aiddir) əqidəsi ilə vurnuxursa, biri-birinin qanını içməyə hazırdırsa,  Azərbaycana düşmən, erməni, nə bilim, səlibçi, mason, kafir nə lazım?..
 
Sultan Laçın

Bənzər xəbərlər

Gündəm

0.026347875595093