Apr 11

Ukraynada nəhəng istilik elektrik stansiyası tamamilə məhv oldu - YENİLƏNİB + VİDEO

Tripolye İstilik Elektrik Stansiyası (İES) tamamilə məhv olub.

Bu barədə “Tsenterenerqo Ukrainı” şirkəti məlumat yayıb.

Bildirilir ki, güclü yanğın turbin sexini bürüyüb.

İES Kiyevdən 45 km cənubda, Dnepr çayının sahilində yerləşir.

Çernobıl Atom Elektrik Stansiyasının istismardan çıxarılmasından sonra bu, Kiyev vilayəti, eləcə də Jitomir və Çerkassı üçün ən böyük enerji istehsal edən obyekt idi.

Mənbə: Zov Kiev

13:04

Rusiya Silahlı Qüvvələri bu gün növbəti dəfə Ukraynanın enerji infrastrukturuna kütləvi hücum həyata keçirib.

Hücumun nəticələri barədə Ukrayna KİV məlumat yayıb.

Hədəf Kiyev vilayətindəki enerji bloku olub.

Nəticədə Tripolye İstilik Elektrik Stansiyasında yanğın başlayıb.

İlkin məlumata görə, raketlərdən biri İES-i sıradan çıxarıb. Lakin rəsmi mənbələr hücumla bağlı hələlik heç bir məlumat verməyiblər.

Mənbə: Topwar.ru

Bənzər xəbərlər

Gündəm

0.021327972412109