Poltava ağır raket hücumuna məruz qalıb
Ukraynanın Poltava vilayəti Rusiya ordusunun ardıcıl raket hücumuna məruz qalıb.
Poltava vilayətinin hərbi administrasiyasının rəhbəri Filip Proninin açıqlamasına görə, raket hücumu nəticəsində 10 mülki şəxs xəsarət alıb, bir nəfər həyatını itirib.
“Yardıma ehtiyacı olanlara bütün zəruri yardım edilir”, - deyə F.Pronin vurğulayıb.
Qeyd edək ki, iki ildən çox davam edən müharibə müddətində Poltava vilayəti, demək olar ki, hücuma məruz qalmamışdı.
Mənbə: Rbc.ua