Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib
Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Əmrahov İmran Rahim oğlu tibb müəssisəsində kəskin ürək-damar tənəffüs çatışmazlığından vəfat edib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
“Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət etsin!” - deyə məlumatda qeyd edilib.