Apr 07

Mənsimovun FETÖ tamaşası: Utanmasan, oynamağa nə var? - VİDEO

“Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovun “arxiv”i bir çox qaranlıq məqamları özündə əks etdirir. Qanunsuz fəaliyyətlər, ölkəmizə düşmənlik bəsləyən erməni şəxslərlə olduqca sıx, yaxın əlaqələr və ən əsası FETÖ terror qruplaşması ilə qırılmaz bağlar. Bu sıraya həmçinin çirkli pulların yuyulması kimi əməlləri də əlavə etmək mümkündür.

“Aşpaz” ləqəbli Mənsimovun FETÖ keçmişinin bir ömür onun izini sürəcəyi danılmaz həqiqətdir.

Ancaq nə qədər qəribə səslənsə də, Mübariz Mənsimov özü bu əlaqələrin kölgəsinə sığınıb hətta ittiham səsləndirməyi də özünə sığışdırır, rəva bilir. Necə deyərlər, utanmasan, oynamağa nə var ki?!!!

Məsələ burasındadır ki, Türkiyənin sayılıb seçilən efirlərinə yol tapa bilməyən “iş adamı” hansısa MGTV-də çıxış imkanı qazanıb. Bu imkanı hədər verməyən Mənsimov həddini artıqlaması ilə aşmaq cürətini də özündə görüb. Çıxdığı efirdə Mənsimov Türkiyənin hüquq sistemini hədəf alıb, məhkəmə orqanlarının ünvanına böhtan xarakterli fikirləri ilə yadda qalıb.

Fikirləri özündən böyük səslənən Mənsimov Türkiyə məhkəməsini, hakimlərini, ədliyyə sisteminin rəhbərliyini FETÖ üzvü adlandırıb. FETÖ-çuların vəzifə başında olduğunu böyük hərarətlə çıxışında vurğulayıb.

Nə qədər qəribə səslənir elə deyilmi? Gəmidə oturub gəmiçiyə dil uzatmaq? Böyük şücaətdir elə deyilmi?

Bu cürəti Mübariz Mənsimovun FETÖ keçmişimi verir? Hər halda məsələ və ittihamlar kifayət qədər çirkin və xoşagəlməz xarakter daşıyır.

Mübariz Mənsimovun bu çıxışının “əks-səda”sını yenidən eşitməyimiz olduqca labüddür. Yoxsa, cəzasız qalan hər böhtan və iftira öz gözündəki tiri görə bilməyən, doğrunun bağrı çatlayana qədər səsi yüksəkdən gələn insanların “ürəklənməsinə”, utanmadan oynamasına gətirib çıxara bilər.

Aqil Vəlili

Bənzər xəbərlər

Gündəm

0.028239965438843