Apr 04

Makronun 70 yaşlı arvadı məşhur “Netflix” serialının çəkiliş meydançasında görüntülənib - FOTO

Fransa Prezidenti Emmanuel Makronun arvadı “Netflix”də yayımlanan məşhur “Emili Parisdə” serialının çəkilişləri zamanı görüntülənib.

Qeyd olunur ki, 70 yaşlı Bricit Makron “Emili Parisdə” serialının dördüncü mövsümündə epizodik rol oynayacaq. Fransanın birinci xanımı serialda baş rolu ifa edən aktrisa Lili Kollinzlə birlikdə çəkiliş meydançasına çıxıb. Bricit Makronun serialın böyük pərəstişkarı olduğu bildirilir.

Serialın əvvəlki - üçüncü mövsümü Lili Kollinz, Eşli Park, Filippin Lerua-Bolye, Keyt Uolş, Kamil Razat, Lukasa Bravo və başqaları da daxil olmaqla, izdihamlı pərəstişkarları və bütün aktyor heyətini cəlb edən Parisdəki böyük premyeradan sonra 21 dekabr 2022-ci ildə “Netflix”də yayımlanıb.

Mənbə: Daily Mail

Bənzər xəbərlər

Gündəm

0.028455018997192