ABŞ əvvəlcədən Rusiyaya məhz “Crocus”un hədəf ola biləcəyini deyib - ŞOK İDDİA
ABŞ Rusiya Federasiyasına terror hücumundan iki həftədən də əvvəl məhz “Crocus City Hall”un hədəfə çevrilə biləcəyi barədə məlumat verib.
Bu iddia ilə ABŞ-nin “The Washington Post” nəşri çıxış edib.
Mətbuat orqanı bu məlumatı ABŞ administrasiyasındakı adını açıqlamadığı rəsmilərə istinadən yayıb.