Feb 21

Taylandda qəribə virus yayılıb

Taylandda qəribə virus yayılıb.

Belə ki, təsirə məruz qalanlar bir neçə həftə şiddətli öskürək və yüksək hərarətdən əziyyət çəkirlər. Bununla belə, həkimlər xəstələrə dəqiq diaqnoz qoya bilmirlər.

Xəstələr bir neçə həftə ərzində özlərini zəif hiss etdiklərini, davamlı olaraq 39 dərəcə temperatura malik olduqlarını, həmçinin uzun müddət keçməyən dəhşətli öskürəyin olduğunu deyirlər. Yerli həkimlərin təyin etdiyi bəlğəmgətirici və virusəleyhinə dərmanlar kömək etmir. Bəzi pasiyentlər naməlum xəstəliyin simptomlarının bir aydan çox davam etdiyini vurğulayıblar.

Mənbə: “Shot” “Telegram” kanalı

Bənzər xəbərlər

Gündəm

0.027873992919922