Şəmkirdə kimlər narazılıq edir? - Müraciət
Şəmkir rayonunun peşə məktəbinin yataxanasında, hamam üçün tikilmış binasında və məktəb emalatxanasında yaşayan Kəlbəcər rayonunundan gəlmiş məcburi köçkünlər yaşadıqları ağır həyat tərzindən şikayətlənir.
DİA.AZ-a edilən müraciətə görə, məcburi köçkünlər 27 ildir ki, Şəmkir rayon peşə məktəbinin yataxanasında, hamam üçün tikilmış binasında və 11 metrdən hündür olan məktəb emalatxanasında ağır həyat tərzi sürürlər. Dəfələrlə aidiyyatı qrumlara yaşadıqları bu ağır vəziyyətlə bağlı müraciət etmələrinə baxmayaraq, bu günədək heç bir nəticə olmayıb.
Məktəb emalatxanasında yaşayan sakinlər yaşadıqları mənzillərini soyuq qış günlərində qızdıra bilmədiklərini, çox mərtəbəli yataxana binasında yaşayan yaşlı insanlar isə binanın yuxarı mərtəbələrində ayaq yolunun və suyun olmamasından əziyyət çəkir.
Kanalzasiya suları isə məcburi köçkünlərin yaşadıqları binaların yaxınlığında gölməçə formasında bir yerə yığılaraq antisanitariya mənbəyinə çevrilib.