Feb 14

Pakistanda koalisiya hökuməti qurulacaq

Pakistanın keçmiş xarici işlər naziri Biləval Bhutto-Zərdarinin və eks-prezident Asif Əli Zərdarinin rəhbərlik etdiyi Pakistan Xalq Partiyası (PPP) Navaz Şərifin Pakistan Müsəlman Liqası (P) ilə koalisiya hökuməti qurmaq qərarına gəlib.

“Biz ölkəni böhrandan çıxarmaq üçün koalisiya hökuməti qurmaq qərarına gəldik”, - deyə Asif Əli Zərdarinin bəyanatında bildirilib.

Seçki komissiyasının məlumatına görə, fevralın 8-də Pakistan Milli Assambleyasına (parlamentin aşağı palatası) keçirilən seçkilərdən sonra səslərin sayına görə birinci yeri keçmiş baş nazir İmran Xanının Pakistan Ədalət Hərəkatı tutub. Pakistan Müsəlman Liqası ikinci, Pakistan Xalq Partiyası isə üçüncü olub.

Mənbə: TASS

Bənzər xəbərlər

Gündəm

0.033611059188843