Afinada eynicinsli nikahların leqallaşdırılmasına qarşı kütləvi aksiya keçirilib - VİDEO
Yunanıstan paytaxtının mərkəzində yerləşən mərkəzi Afina Sintaqma Meydanında eynicinsli cütlüklərin nikahlarının qanuniləşdirilməsinə və uşaqları onlar tərəfindən övladlığa götürməsinə qarşı kütləvi aksiya keçirilib.
Qeyd olunur ki, yüzlərlə insan əllərində Yunanıstan bayraqları, nişanlar və xaçlar, həmçinin “Biz eynicinslilərin nikahı ilə bağlı radikal qanun layihəsinə yox deyirik” şüarı yazılmış plakatlar tutaraq etiraz ediblər.
Aksiya bir sıra pravoslav təşkilatları tərəfindən təşkil olunub. Mitinqdə bəzi siyasi partiyaların yüksək vəzifəli şəxsləri də iştirak ediblər.
Eynicinsli nikahlara qarşı kütləvi aksiyalar ölkənin Saloniki və Patra şəhərlərində də keçirilib.
Mənbə: TASS