Jan 21

Sağlamlığını itirmiş azyaşlının validenləri 71 saylı məktəbin müəllimlərinin cəzalandırılmasını istəyir: ”Sona kimi gedəcəyik”

Ağdam rayon 71 saylı məktəbdə biabırçı olaylar davam edir. Bakunews.az bu məktəbdə baş verənlərlə bağlı olanları xatırladır.

24.10.2018-ci il tarixində Vəciyyə Musayeva adlı azyaşlı məktəbdə nəzarətsiz qalaraq xəsarət almışdır. Uşağın anası deyir ki, onun xəsarət almasından dərhal sonra xəstəxanaya müraciət ediblər. Hadisənin məktəbdə baş verməsi həkimlər tərəfindən nəzərə alınaraq polisə də müraciət edilib.

Əvvəlcə valideynlərə xəbər çatıb ki, uşağın gözünə top dəyib. Məktəbə gələndə məlum olub ki, uşaqlardan birinin atdığı marker Vəciyyənin göz nahiyyəsinə dəyərək ağır xəsarət yetirib. Sinif rəhbəri Vəciyyəyə deyib ki, evə xəbər etmə, top dəydiyini de.
Sinif rəhbərindən fərqli olaraq məktəbin direktoru Nailə Rüstəmova Vəciyyəyə şəxsən kömək edib, yardım göstərib. Valideynlərinə isə gizlətmədən deyib ki, uşaqlar bir-birinə marker atıb və təsadüfən Vəciyyənin gözünə dəyib.
Valideynlər ötən ilin oktyabrının sonunda olan bu hadisədən sonra qızlarını müalicə etdiriblər. Zərifə Əliyeva adına Göz Xəstəlikləri İnstitundan belə müayinələr olub. Deyilib ki, uşağın gözü güclü xəsarət alıb. 30 faiz görmə var. Müalicə ilə sağala bilər. Ancaq uşaq gərək həyacan və stres keçirməsin. Onunla çox yumşaq rəftar edilsin.
Məktəbdə isə uşaqla yumşaq rəftar əvəzinə psixoloji təzyiqə keçilib.

Sinif rəhbəri Arzu Hümbəliyeva Vəciyyəni sinif yoldaşları arasında alçaldıb, ona satqın damğası vurub.
“Heyvandan əmələ gələn” və bu kimi sözlərlə təhqir edib.
İngilis dili müəlliməsi Sürəyya Xələfli də Vəciyyəyə qarşı eyni hərəkətləri edib. Nəticədə azyaşlı qız əsəb gərginliyi keçirib. Məktəbdə dəfələrlə qıc olub, epilepsik pristuplar keçirib.
Ümumiyyətlə bu məktəbdə baş verənlər sıradan bir hadisə deyil.
Tərbiyəvi işlər üzrə müavin Fəzilə Vəliyeva uşaqların və valideynlərin səs yazıların yazır. Bu səs yazıları ilə məktəbliləri üz-üzə qoyur, yaxud başqa məqsədlə istifadə edir.
Burada hansı təlim-tərbiyədən söhbət gedə bilər? Məqsəd aydındır. Vəciyyə məsələsini hazırda məzuniyyətdə olan direktor Nailə Rüstəmovanın üstünə atmaq. Nəticədə onun yerinə müvəqqəti olaraq direktor vəzifəsini icra edən Könül Əliyevanı gətirmək. Nədən ki, Nailə Rüstəmova yerli deyil. Həm də Könül Əliyevanın Ağdam TŞ-də Şakir müəllim kimi qohumu var.
Yəni məsələdən Ağdam TŞ müdiri Mətanət Misirxanovanın da xəbəri var.
Ancaq azyaşlıya qarşı olan psixoloji təzyiqlər və faktiki olaraq cinayət əməlləri mətbuatda işıqlandırıldıqdan sonra plan dəyişib. 71 saylı məktəbdə hadisələri yönləndirən şəxs olaraq göstərilən hərbi müəllim Vasif Eyvazov təklif edib ki, Vəciyyə Musayeva nə olur-olsun məktəbdən uzaqlaşdırılmalıdır. Yoxsa məsuliyyətdən qaçmaq olmayacaq.
Bundan sonra Təhsil Nazirliyinin bölgə üzrə kuratoru Əhliyyət müəllim Vəciyyənin valideynləri ilə əlaqə saxlayıb.
Deyib ki, müəllimlərin ucbaından qızcığaz onsuz da psixoloji travma alıb. Yaxşı olar ki, onu yaxınlıqdakı digər məktəbə keçirsinlər.
Ancaq uşağın valideynləri buna razı olmayıb. Qızlarının səhhətinə ağır zərbə vuran, faktiki cinayət törətmiş müəllimlərin cəzalandılmasını tələb ediblər. Valideynin bildirdiyinə görə, O, Əhliyyət müəllimə bu əməl sahibləri təhsildə qalmalıdır?... sualına cavab olaraq bildirib ki, təbii ki xeyir onların orda işləməsi mümkün olacaq məsələ deyil...
Azyaşlının valideynləri isə tezliklə Əhliyyət müəllimin bildirdiyi kimi həmin şəxslərin təhsildən uzaqlaşdırılması xəbərini gözlədiklərin əks təqdirdə isə prokrorluğa müraciət edəcəklərini qeyd ediblər.

Onlar bu işdə sona kimi gedəcəklərini, Təhsil naziri Ceyhun Bayramovun qəbulunda olacaqlarını bildiriblər.
Mövzunu diqqətdə saxlayacağıq.

Bakunews.az

Bənzər xəbərlər

Gündəm

0.026508808135986