Ağ Ev: “ABŞ Yaxın Şərqdə yeni zərbələr endirməyi planlaşdırır”
Vaşinqton ölkənin İordaniyada yerləşən silahlı qüvvələrinə hücumlara cavab olaraq yeni zərbələr endirmək niyyətindədir.
Bu barədə ABŞ Prezidentinin Milli Təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan məlumat verib.
“Üç amerikalı faciəvi şəkildə öldükdən sonra prezident (Co Bayden) sərt və ciddi cavab əmri verib... Biz əlavə zərbələr endirmək niyyətindəyik ki, Birləşmiş Ştatlar öz qüvvələrinə qarşı hücumlara və öz insanlarının öldürülməsinə cavab verir”, - deyə Sullivan bildirib.
Mənbə: TASS