Jan 13

Ermənistandakı 102-ci baza general Rüstəm Muradova tabe olacaq...

Rusiya prezidenti  Vladimir Putin Rusiya Qəhrəmanı, general-mayor Rüstəm Muradovu Cənub Hərbi Dairəsinin   komandanının müavini  vəzifəsinə təyin edib.

 

Moderator.az xəbər verir ki,  bu haqda Rusiya Cənub Hərbi Dairəsi mətbuat  xidməti məlumat yayıb. Qeyd olunur ki, Rusiya dövlət başçısı ötən il dekabrın 25-də müvafiq fərman imzalayıb.

 

Qeyd edək ki, 45 yaşlı Rüstəm Muradov Rusiyada kifayət qədər tanınmış  və nüfuzlu generaldır. O, Dağıstanda anadan olub. Rusiya Qəhrəmanı adı ilə yanaşı, bir sıra hərbi kampaniyalarda fəal iştirakına görə çoxsaylı orden-medallarla təltif olunub. Onun adı daha çox  ötən ilin payızında Rusiya hərbi qüvvələrinin  Suriyada Dey-əz-Zor bölgəsinin “İŞİD” terrorçularından təmizlənməsi zamanı  göstərdiyi fədakarlığa görə hallanıb.  General R.Muradov hücum əməliyyatlarına nəinki öz komanda məntəqəsindən rəhbərlik edib, eyni zamanda şəxsən döyüş əməliyyatlarına qatılaraq tabeçiliyində olanlara şəxsi nümunə göstərib.

 

Yeni tapşırığına qədər general Muradov Volqaboyundakı Mərkəzi Hərbi Dairənin 2-ci ümumqoşun ordusuna komandanlıq edib.

 

P.S. Rusiyanın Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci bazası da Cənub Hərbi Dairəsinə daxildir. Deməli, subordinasiya baxımından dağıstanlı general Rüstəm Muradov  müəyyən məqamlarda işğalçı ölkədə baza komandanlığına göstərişlər verir.

 

Bənzər xəbərlər

Gündəm

0.040004014968872