Jan 12

TV yayımçıları cərimələndi - ATV-yə xəbərdarlıq olundu

Milli Televiziya və Radio Şurası 2018-ci ildə yayımçılar barədə tətbiq edilmiş inzibati tənbeh tədbirlərini açıqlayıb.

Kabel şəbəkəsi yayımçıları tərəfindən kütləvi nümayişi (retranslyasiyası) həyata keçirilən teleradio kanallarının yayımlanmasına dair mülkiyyəçilərin razılığının olmadığı müəyyən edilib və İnzibati Xətalar Məcəlləsinin 383.2-ci maddəsinə əsasən - teleradio təşkilatlarının razılığı olmadan onların verilişlərindən (proqramlarından) istifadə edilməsinə və ya mülkiyyətçinin razılığı olmadan proqramların (verilişlərin) yayımlanmasına, köçürülməsinə (tirajının çoxaldılmasına), satılmasına və ya kütləvi nümayişinə görə - "Metronet” MMC, "Uninet” MMC və "Enginet” MMC barəsində inzibati protokol tərtib edilərək müvafiq rayon məhkəmələrinə göndərilib.

Məhkəmələr tərəfindən qeyd olunan pozunutuya görə adları çəkilən kabel şəbəkəsi yayımçılarının hər biri barədə 3000 manat cərimə cəzası tətbiq edilib.

Şuranın 10 iyul 2018-ci il tarixli qərarına əsasən ATV telekanalında həftə içi saat 10.00-12.00 arası yayımlanan, Yusif Ağayevin aparıcılıq etdiyi "10-dan sonra” verilişinin 9 iyul 2018-ci il tarixli buraxılışında ədəbsiz ifadələrdən, sözlərdən istifadə olunduğuna görə "Azad Azərbaycan Müstəqil Tele-radio Kompaniya”sına xəbərdarlıq elan olunub.

Qeyd edək ki, şuranın məhkəməyə göndərdiyi iddia əsasında "Lider” televiziyasın da cərimələnib.

Bənzər xəbərlər

Gündəm

0.029973983764648