Jan 11

Fransız blogger bütün dünyanı Ermənistana səslədi: Parisin “erməni damarı” tutub

Dünyanın bir sıra ölkələrinə səfər edən fransız blogger Tolt Ermənistan haqqındakı klipi ilə gündəmə gəlirb.

Klipin adı “Ermənistana getməyin” adlansa da, klip Ermənistanın təbliğinə həsr olunub. Klipində Ermənistanı tərənnüm etmək üçün fərqli bir üsul tətbiq edən blogger, Ermənistanda şərabçılığın olmadığı söyləyir və buna paralel olaraq üzüm bağlarını, şərab anbarlarını göstərir. Habelə, Ermənistanın rəngli təbiətə malik olmadığını bildirir və  elə bu yerdə maraqlı təbiət görüntülərini təqdim edir. Klipdə eyni qaydada Ermənistanın mədəniyyəti, mətbəxi və s. də təbliğ edilir.

Klipin sonunda isə fransız blogger deyir: “Ermənistana getməyin, yoxsa danışacağınız çox şey olar” .

Sözügedən klip Ermənistanda böyük maraq və məmnunluğa səbəb olub. Ermənilər hesab edir ki, Fransada Ermənistana marağı artıra, yeni turist axınına səbəb ola bilər.

Məlumat üşün qeyd edək ki, hər zaman ermənipərəst mövqeyi ilə tanınan Fransada zaman-zaman Ermənistanı təbliğ edən məqalələr işıq üzü görüb. Fransız bloggerlə bağlı baş verənlər isə göstərir ki, Parisin “erməni damarı” yenidən tutub və bir neçə aydır ki, “sarı jiletlilər” problemi ilə üzləşən fransızlar  özlərinə umac ova bilmədikləri halda ermənilərə əriştə kəsməyə cəhd edir.

moderator.az

Bənzər xəbərlər

Gündəm

0.027519941329956