“ Ay bala, bura fahişə ilə gəlirlər, arvadla yox”
Masazır dairəsində, “Royal” şadlıq sayı ilə üzbəüzdə yerləşən , əxlaqsız yuva kimi fəaliyyət göstərən motellə bağlı qalmaqal davam edir.
Regionxebertv.com –a hadisənin bəzi detalları daxil olub.
Ötən həftə Bakıya hüzr yerinə gələn ər-arvad məcburi köçkün axşam vaxtı yola çıxmayaraq Bakıda gecələməyi və səhər yola çıxmağı planlaşdırıblar.
Onlar təsadüfən adıçəkilən motelə gələrək nömrə istəyiblər. Motelin sahibi , Həsən adlı şəxs onların normal ailə olduğunu görəndən sonra nömrə verməkdən imtina edib.
“ Ay bala, bura fahişə ilə gəlirlər, arvadla yox” deyərək cütlüyü ərazidən uzaqlaşdırıb.
Bundan sonra qadın və ər 102 xidmətinə bu biabırçılıqla məlumat veriblər.
Hələlik 5 gün ərzində dəyişən bir şey olmayıb. Əxlaqsız yuvaya yenə qızlar daşınır.
İstintaq getdiyi üçün zərçəkənlərin adlarını açıqlamırıq.
Cütlük bu əxlaqsız yuva barədə ölçü götürülməzsə məcbiri köçkün qohumları ilə bağlı Daxili İşlər Nzirliyinin qarşısına yürüş edəcəklərini deyirlər.