Jan 09

Masaj kursunu bitirən xanım ADU-da vəzifədə olub... - Rektordan ŞOK AÇIQLAMA

"Masaj kursunu bitirən şəxs, keçmiş rəhbərliyin dövründə universitetdə yüksək vəzifədə çalışıb"

Bunu Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla deyib. O, bildirib ki, söhbət universitetin 2 xanım əməkdaşın birindən gedir:

“O məsələlərdən biri məhkəmədə olduğu üçün geniş danışmaq istəmirəm. Elmira Baxşəliyeva (red: kadrlar şöbəsinin keçmiş baş mütəxəssisi) deyir ki, haqsız olaraq vəzifəsindən kənarlaşdırılıb. Amma həmin şəxs başqa vəzifəyə ( red:universitetin hesabına yaradılan Həmkarlar İttifaqına) keçirilib. Bu barədə əmr var. Bu xanım neçə illər burada işləyib, ona "gözün üstə qaşın var" deyən olmayıb. O, işində ciddi nöqsanlar buraxıb. Bir ildə üç dəfə laborantları məzuniyyətə göndərib. Bu, iqtisadi və siyasi pozuntudur və birbaşa saxtakarlıqdır. Məlum oldu ki, onun yaşı keçib,  ali savadı yoxdur. Mənə dedilər ki, o  masaj kursunu bitirib. O, laborantların sənədinə baxıb. Qol çəkdiyi sənəddə maaşın miqdarını göstərməyib”.

Rektor bildirib ki, dövlət qurumları əvvəlki rəhbərliyin dövründə kadrlar şöbəsinin yol verdiyi saxtakarlıqları üzə çıxarıb.

Mənə gələn şikayətlərdən biri də maaşların az yazılması idi. Bildirilib ki, işçilərə maaşlar fərqli qaydada verilirmiş. Bu əməllərə görə Baş mühasib və kadrlar şöbəsinin müdiri vəzifəsindən azad olundu.

Rektor universitetdə qohumlarının işləməsi ilə bağlı ittihamlara da münasibət bildirib:

“Bu universitetdə cəmi bir qohumum işləyir. O da professor Azad Məmmədovdur. Kafedra müdiridir, məndən əvvəl burada işləyib. İkinci bir yaxınımın burada işlədiyini mənə kimsə deyə bilməz. Nəzərinizə çatdırım ki, ADU-da 17 il işləmişəm. İlk təcrübəmi burada toplamışam və dostlarımın olması normaldır. Gərginliyi aradan qaldırmaq üçün tanıdığım insanlarla işləməli idim".

K. Abdulla əlavə şöbələrin yaradılması məsələsinə də toxunub:

“Bu ittihamı irəli sürənlər cəmiyyəti çaşdırmaqdan başqa bir iş görmürlər. O şöbədəki ixtisaslar xarici dili mənimsəməyə yaxşı kömək edir. Universitetdə xarici dili bilən və bilməyən tələbələr var. Mən il yarımdır ki, burada işləyirəm. İstəsəm də tələbələrin savadsız olmasına məsul ola bilmərəm. Tələbələrə dərs dediyi üçün onlar məsuliyyət daşıyır. Universitetin baş mühasibini işdən çıxarmışam. Jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəyliyə açıq dərslərin təşkilində buraxdığı səhvlərə  görə töhmət vermişəm. Bu  ittihamları niyə ona töhmət verəndən sonra qaldırır? Dedikləri böhtandır. Mən istəsəm də tələbəni zay edə bilmərəm. Çünki il yarım əvvəl bura təyin olunmuşam. Vüsalə Mürsəlova tələbələri imtahanla təhdid edir. Bunun səs yazısı da var. O müəllim tələbələri mitinqə və iğtişaşa təhrik edir". unikal.org

Bənzər xəbərlər

Gündəm

0.036771059036255