Jan 21

Fransada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb - FOTO

Fransanın paytaxtı Parisdə 20 Yanvar faciəsinin 34-cü ildönümü qeyd edilib.

“Report”un yerli bürosu xəbər verir ki, Fransa Azərbaycan Dialoqu Assosiasiyası və Azərbaycan Diasporasına Dəstək Fondunun birgə təşkil etdiyi 20 Yanvar faciəsi qurbanlarının anım konsertində fransalı iş adamları, incəsənət ustaları, professorlar, jurnalistlər iştirak ediblər.

Tədbirdə Fransa Azərbaycan Dialoqu Assosiasiyasının vitse-prezidenti Aytən Muradova 1990-cı ilin yanvarında sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycan xalqına, dinc əhaliyə qarşı törətdiyi cinayətlərdən danışıb. O qeyd edib ki, 34 il keçsə də törədilən bu vəhşilik tarixi mahiyyətini itirmir, şəhidlərimiz unudulmazdır.

Konsertdə azərbaycanlı pianoçu Eldəniz Ələkbərzadə və beynəlxalq müsabiqələr laureatı, skripkaçı Surə Rüfət dünya və Azərbaycan bəstəkarlarının musiqilərini ifa ediblər.

Qeyd edək ki, 2016-cı ildə Azərbaycan Milli Konservatoriyası (AMK) nəzdində Musiqi Kollecini, 2020-ci illərdə Bakı Musiqi Akademiyasını fərqlənmə diplomu ilə başa vuran E.Ələkbərzadə 2022-ci ildən təhsilini Paris şəhərindəki “Ecole Normale Alfred Cortot” məktəbində davam etdirir.

Azərbaycanlı skripkaçı Surə Rüfət isə Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının şagirdi, habelə Beynəlxalq müsabiqələr laureatıdır.

Bənzər xəbərlər

Gündəm

0.028605937957764