“Tesla” ilin əvvəlindən 94 milyard dollar itirib
İlin əvvəlindən bəri “Tesla” bazar dəyərini 94 milyard dollar itirib ki, bu da şirkətin birjaya çıxmasından bəri ən pis göstəricidir.
Məlumata görə, bu, Çindən gələn rəqabətin artması və avtomobillərə tələbatın azalması ilə bağlıdır.
Ekspertlərin fikrincə, hazırda elektrik avtomobilləri bazarında tsiklik eniş yaşanır, lakin rəqabət dinamikası təzyiqləri gücləndirir. Qiymətlərin və mənfəətin kəskin azalması da məhz bu əlverişsiz rəqabət dinamikasının nəticəsidir.
Xatırladaq ki, 2023-cü ildə “Tesla” kapitallaşmasını iki dəfə artırıb. Buna baxmayaraq o, öz lider mövqeyini Çin istehsalçılarına təhvil verib. Belə ki, BYD 2023-cü ildə 3 milyon, “Tesla” isə1,84 milyon avtomobil satıb.
Mənbə: rbc.ru