Danimarkanın yeni kralı taxt-tacı anasından təhvil alır
Yanvarın 14-də Danimarkanın vəliəhd şahzadəsi Frederik taxt-tacı anası Kraliça II Marqretdən təhvil alır.
Yeni kral Kopenhagendəki Amalienborq qəsrində elan ediləcək, rəsmi tacqoyma mərasimi olmayacaq.
Yeni monarxın X Frederik adı ilə krallıq edəcəyi gözlənilir.
Qeyd edək ki, şahzadə Frederik (tam adı Frederik Andre Henrik Kristian) 1968-ci il mayın 26-da Danimarka kralı IX Frederikin böyük qızı Marqret və şahzadə Henrikin (milləyyətcə fransız) ailəsində anadan olub. 1972-ci ilin yanvarında anası kraliça olanda Frederik vəliəhd şahzadə adı qazanıb. 2008-ci ildə isə ona Monpeza qrafı titulu verilib.
1995-ci ildə yeni kral Orhus Universitetini siyasi elmlər üzrə magistr dərəcəsi ilə bitirib. İngilis, alman və fransız dillərini bilir.
Mənbə: TASS