Jan 07

Şahmar İbadov Qarabağ əlilini döydürüb-VİDEO

 Bakı şəhəri, Binəqədi rayonu (Su - meliorasiya idarəsinin yataqxanasında) 1285-ci keçid ünvanında yaşayan II - qrup Qarabağ müharibəsi əlili Hacıyev Məhəmmədəli İsgəndər oğlu tərəfindən redaksiyamıza şikayət ərizəsi daxil olub.

Ərizədə deyilir:

“Ərizəmlə sizə bildirirəm ki, N.Nərimanov rayonu, Xətai prospekti 29, mənzil 2 ünvanında zirzəmili 2(iki) mərtəbə, ümumilikdə 231 (iki yüz otuz bir) kvadratmetr olan və tam mülkiyyət sənədləri ilə mənə məxsus olan tikinti materiallarının satışı mağazası içərisindəki 500.000 (beş yüz min) manatdan artıq mallarla birlikdə uçurularaq yerlə-yeksan edilmişdir. Nəticədə mənə 1.000000 (bir milyon) manatdan artıq ziyan dəymişdir. Bu da azmış kimi mülkiyyətimi dağıdan “Poleks” MMC niyə etdiniz deyərkən məni vəhşicəsinə döyməkdən belə çəkinmədilər. Ən pisi də odur ki, mənim üzərimə olunan hücumun əsas təşkilatçılarından biri də N.Nərimanov rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Şahmar İbadovdur. Çünki, mənim mülkümü dağıdan və məni döyən “Poleks” MMC-nin direktoru Şahin Qasımov İmişli rayonundan deputat seçilən Əsabil Qasımovun qardaşıoğludur və şirkətdə deputata məxsusdur. Onlar Şahmar İbadovla iş ortağıdırlar.

Xahiş edirəm, mənə dəyən zərərin ödənilməsinə və mənim hüquqlarımın qorunmasına, o cümlədən bu harınlamış cinayətkar dəstənin mənim həyat üçün yaratdığı təhlükədən qorunmağımda mənə köməklik göstərəsiniz”.

Müraciət “Qarabağ Qaziləri” “Vətən Müharibəsi Əlilləri” İctimai Birliklərinin rəhbərlərinə də ünvanlanıb.

Hər iki təşkilatdan saytımıza bildiriblər ki, məsələ ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edəcəklər.

Ümid edirik ki, məsələ ilə bağlı hüquq mühafizə orqanları da lazımı tədbirlər görəcək.

QAZİLER.AZ






Bənzər xəbərlər

Gündəm

4.0796501636505