Motel yaxud fahişəxana:Abşeron polisi hara baxır -VİDEO
Motel yaxud fahişəxana-Abşeron polisi hara baxır
“Cinayət Məcəlləsinin 244-cü maddəsində əxlaqsızlıq yuvaları saxlamağa görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Həmin maddəyə əsasən fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvaları təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri verməyə görə iki yüz saatdan iki yüz qırx saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
Cinayət Məcəlləsində bu cinayət əməli ictimai mənəviyyat əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai mənəviyyat, predmeti qismində isə fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvaları çıxış edir. Nəzərə alınmalıdır ki, ictimai mənəviyyat əleyhinə olan cinayətlər ictimai mənəviyyata qəsd edən və əhəmiyyətli zərər vuran ictimai təhlükəli əməllərdir. Belə əməllər yalnız bir şəxsə deyil, bir çox insanlara, həmçinin cəmiyyətin mənəvi dayaqlarına zərər vurur.
Cinayət Məcəlləsinin 244.1-ci maddəsinə əsasən fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvalarını həm təşkil etmək və saxlamaq, həm də bu məqsədlər üçün mənzil sahələrini vermək cinayət məsuliyyətinə səbəb olur.
Sözü gedən maddədə fahişəliklə məşğul olmaq üçün şəraitin yaradılmasının üç kriteriyası müəyyən edilmişdir. Bunlardan birincisi əxlaqsızlıq yuvaları təşkil etmək, ikincisi əxlaqsızlıq yuvalarını saxlamaq, üçüncüsü isə bu məqsədlər üçün mənzil sahələri verməkdən ibarətdir.
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin düzgün tətbiq olunması ilə əlaqədar əxlaqsızlıq yuvalarının təşkil edilməsinin, saxlanılmasının və ya bu məqsədlər üçün mənzil sahələrinin verilməsinin aşağıda qeyd olunan əlamətləri nəzərə alınmalıdır:
- Əxlaqsızlıq yuvalarının təşkil edilməsi fahişəliklə məşğul olmaq üçün istifadə etmək məqsədi ilə ev, bina və sair yer axtarma (alma, icarəyə götürmə), onu yararlı vəziyyətə gətirmə və uyğunlaşdırma (təmir etmə, mebel, məişət avadanlığı və sair ilə təchiz etmə), fahişəliklə məşğul olan şəxsləri, eləcə də müştəriləri seçmə hərəkətlərinin yerinə yetirilməsi hesab edilir. Əxlaqsızlıq yuvaları yaşayış (ev, mənzil, bağ) və ya qeyri-yaşayış (qaraj, tikililərin zirzəmisi, çardağı), o cümlədən stasionar (ev) və ya səyyah (gəminin kayutası, qatarın kupesi və s.) yerlərdə təşkil oluna bilər.”
Gördüyünüz kimi qanunda əxlaqsız yuva saxlamaq təsbit olunub. Və buna görə cəza da müəyyənləşib.
Ölkəmizdə insan alverinə qarşı daim mübarizə gedir. Daxili İşlər Nazirliyinin əməkdaşları vaxtaşırı bu və ya diğər yerlərdə əxlaqsızlıq yuvalarını dağıdır, cinayətkarları məsuliyyətə cəlb edir. Bununla belə ölkədə kafe, motel və diğər obyekt adı altında fəaliyyət göstərən pritonlar kifayət qədərdir.
RegionxeberTv.com xəbər verir ki, bunlardan bəzləri həyasızcasına bəyan edirlər ki, “fəaliyyətlərindən” polis orqanları da xəbərdardır. Hərgah ki, bu daha çox yalana oxşayır.
Abşeron rayonundadır, Bakı istiqamətindən gələndə, Masazır dairəsinə girməyə 5 metr qalmış sağa , təkəryamama sexinin yanından yol dönür. Və burada, nisbətə görünməyən və sakit ərazidə kafe yaxud motel kimi xidmət göstərən obyektin mövcudluğun görürsən. Obyektin içində çarpayı, duş və sair ləvazimatlar var. Ola bilər ki, Turizm Nazirlyindən motel kimi fəaliyyət göstərmələri haqda sənəd belə var. Əslində isə burda turist kimi kimsə gecələmir. Yüngül əxlaqlı qadınlar , hətta azyaşlı qızlar sutenyorlar vasitəsilə buraya sifarişlə gətirilir.
Verilən məlumata görə qızlardan biri SPİD xəstəsidir. Artıq bir neçə kişini virusa yoluxdurub. Ancaq bu xəbərin nə qədər doğru olub-olmadığın hələ araşdırmamışıq.
Bu mövzuya yenidən qayıdacağıq.