Dec 30

Ötən ay qeyri-neft məhsulları arasında ən çox xurma ixrac olunub

2023-cü ilin noyabr ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında xurma (45,3 milyon ABŞ dolları) birinci, elektrik enerjisi (31,2 milyon ABŞ dolları) ikinci və qızıl (25 milyon ABŞ dolları) üçüncü olub.

Bu barədə “Mozalan.az” İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təqdim etdiyi “İxrac icmalı”na istinadən xəbər verir.

Məlumata görə, cari ilin noyabr ayının qeyri-neft ixracı 6,2% artaraq 321,85 milyon ABŞ dolları olub. Yeyinti məhsulları üzrə ixrac 114,8 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə ixrac isə 17,3% artımla 207 milyon ABŞ dolları təşkil edib.

2023-cü ilin noyabr ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (122,4 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (52,9 milyon ABŞ dolları) ikinci və Gürcüstan (33,5 milyon ABŞ dolları) üçüncü olub.

 

 

Bənzər xəbərlər

Gündəm

0.037749052047729