Dec 30

Nizami rayonunda şəhid və qazi övladları üçün bayram şənliyi keçirilib - FOTO

Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 31 Dekabr Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni İl münasibətilə ötən gün “Akvarium” əyləncə mərkəzində şəhid və qazi övladları üçün bayram şənliyi keçirilib.

Mozalan.az xəbər verir ki, bayram şənliyində icra başçısı Coşqun Cəbrayılov, RİH başçısı aparatının əməkdaşları, şəhid ailələri, qazilər və onların övladları iştirak ediblər.

Bayram şənliyində uşaqlar üçün əyləncəli oyunlar təşkil edilib. Klounların təqdim etdiyi şən məzhəkələr, Şaxta baba və Qar qızın söhbətləri ilə əylənən uşaqlar şən, yaddaqalan saatlar keçiriblər.

Sonda uşaqlara Rayon İcra Hakimiyyətinin bayram hədiyyələri təqdim edilib.

 
 

Bənzər xəbərlər

Gündəm

0.022249221801758