Nazirlik: 5200-dən çox məhkuma elektron nəzarət vasitəsi tətbiq edilib
Azərbaycanda 5200-dən artıq məhkuma elektron nəzarət vasitəsi tətbiq ediilib.
Mozalan.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyində 2023-ci ilin yekunları bağlı kollegiya iclasında bildirilib.
Qeyd edilib ki, məhkumların hüquqlarının qorunması, saxlanma şəraitinin yaxşılaşdırılması ilə bağlı görülən tədbirlərə toxunularaq ötən ay Umbakı qəsəbəsində yeni inşa olunmuş qarışıq rejimli müasir penitensiar kompleksin istifadəyə verilib. Digər belə bir müəssisənin yaxın zamanda Lənkəranda istismara veriləcəyi bildirilib.