Dec 28

Hollivud filmlərindəki tapançanın istehsalçısı vəfat etdi

Avstriyalı odlu silah istehsalçısı Qaston Qlok 94 yaşında vəfat edib.

Mozalan.az TASS-a istinadən xəbər verir ki, “Glock” tapançalarını hazırlayan eyniadlı şirkətin təsisçisi 1980-ci illərdə odlu silahlar sənayesində inqilab edib.

O, 1929-cu ildə Vyanada anadan olub və 1963-cü ildə öz şirkətini yaradıb.

“Glock” tapançalarının müxtəlif modifikasiyaları NATO ölkələrinin kəşfiyyat orqanları və polisləri tərəfindən fəal şəkildə istifadə olunur.

Silah Hollivud filmlərində göründükdən sonra məşhurlaşıb. Bu səbəbdən onun dünya üzrə satışları xeyli artıb.

 
 

Bənzər xəbərlər

Gündəm

0.022290945053101