Dec 27

ADY Bakı-Ağstafa istiqaməti üzrə sürət qatarı təyin edib

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bayram tətili ilə əlaqədar artan sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa istiqaməti üzrə sürət qatarı təyin edir.

Mozalan.az xəbər verir ki, QSC-dən “APA-Economics”ə verilən məlumata görə, 31 dekabr tarixində Bakıdan saat 16:00-da yola düşən qatar saat 22:25-də Ağstafaya çatacaq.

Qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün “ADY Mobile” tətbiqini yükləyə və ya www.ady.az saytına keçid edə bilərsiniz.

Bənzər xəbərlər

Gündəm

0.04629111289978