Dec 27

DİN: Vətəndaşlar yaşayış yeri üzrə qeydiyyatla bağlı "ASAN xidmət"ə müraciət edə bilərlər

Vətəndaşlar yaşayış yeri üzrə qeydiyyat məsələləri ilə bağlı "ASAN xidmət" mərkəzlərinə müraciət edə bilərlər.

Bu barədə  Mozalan.az - a DİN-in mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, qeydiyyat məsələləri ilə yanaşı, şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən, 18 yaşı tamam olan vətəndaşların yeni sənədlərlə bağlı müraciətləri qəbul edilir, müəyyən edilən müddət ərzində sorğular cavablandırılır.

"Daxili İşlər Nazirliyi tərəfindən vətəndaşların bütün müraciətləri diqqətdə saxlanılmaqla qanunamüvafiq tədbirlərin görülüməsi təmin edilir", məlumatda deyilir.

 

 

Bənzər xəbərlər

Gündəm

0.018303155899048