Dec 26

Ankarada türk dövlətlərinin çoxtərəfli elmi əməkdaşlığına dair müzakirələr aparılıb - FOTO

Ankarada Beynəlxalq Türk Akademiyası, Türk Dövlətləri Təşkilatı və Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) birgə təşkilatçılığı ilə "Türk dövlətlərinin regional və qlobal problemlərin həlli istiqamətində birgə çoxtərəfli elmi əməkdaşlığı" mövzusunda işçi seminar keçirilib.

Mozalan.az xəbər verir ki, işçi seminara Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər ölkələrdən nümayəndələr qatılıb. Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev də seminarda iştirak edib.

Tədbirin açılış mərasimində TÜBİTAK-ın prezidenti professor Hasan Mandal, Türk Dövlətləri Təşkilatının Baş katibi səfir Kubanıçbek Ömüralıyev, Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev çıxış edərək türkdilli ölkələrin regional və qlobal problemlərin həlli istiqamətində birgə fəaliyyətinin zəruriliyini vurğulayıblar. Qeyd olunub ki, türk dövlətlərinin çoxtərəfli elmi əməkdaşlığı regional və qlobal problemlərlə mübarizədə töhfə verə bilər.

Seminarda türk dövlətlərinin müxtəlif elmi təşkilat və müəssisələrinin nümayəndələrinin tədqiqat, inkişaf və innovasiya fəaliyyətlərinə dair təqdimatları olub. Tədbirdə Nobel mükafatı laureatı, professor Əziz Səncər də onlayn olaraq iştirak edib.

Sonra türk dövlətləri arasında elm əsaslı çoxtərəfli əməkdaşlıq və birgə yaradıcılıq yolu ilə regional və qlobal problemlərin həlli üçün əsas aktual mövzular müzakirə olunub.

 
 

Bənzər xəbərlər

Gündəm

0.026503086090088