Dec 26

Bioloqlar yumşaq xəzli kirpi aşkarlayıblar

Smitson İnstitutunun Milli Təbiət Tarixi Muzeyinin (ABŞ) alimləri Cənub-Şərqi Asiyada yumşaq tüklü kirpilərin beş yeni növünü müəyyən ediblər.

Himnurlar - kirpi ailəsinə aid kiçik məməlilərdir, lakin dəriləri tikanlar əvəzinə yumşaq tüklərlə örtülüdür. Əvvəl onların iki növü tanınırdısa, DNT analizi yeddi müxtəlif gen xəttini ortaya çıxarıb. Bunun üçün 232 fərdin ölçüsü, kəllə sümüyünün forması, dişləri və xəz xüsusiyyətləri araşdırılıb.

Qeyd edək ki, bu kiçik məməlilər gecə-gündüz aktivdirlər. Böcəklər, onurğasızlar və meyvələrlə qidalanırlar. Ağac kökləri, daşlar və xəzəl arasında yemək axtarır, çuxurlarda yuva qururlar.

Mənbə: Gazeta.ru

Bənzər xəbərlər

Gündəm

0.1625280380249