Marallar arasında yayılan “zombi” virusu insanlar üçün təhlükəli ola bilər
ABŞ-də maral populyasiyasını bürüyən “zombi” virusu insanlara da keçə bilər.
Məlumata görə, xəstəliyin müalicəsi yoxdur və son dərəcə yoluxucudur.
Bildirilib ki, dəli dana xəstəliyinin bir növü olan bu virusa yoluxmuş erkək maralın meyiti Yellouston Milli Parkında tapılıb. Xəstəlik beynin funksiyalarını pozur, heyvan xarici stimullara cavab vermir, insanlardan qorxmur, həmçinin ölənə qədər ağzı sulana-sulana məqsədsiz gəzir.
Hazırda virusun yayılma mexanizmlərini tədqiq edən mütəxəssislər onun növlərarası maneəni keçərək başqa heyvanlara, sonra isə insanlara keçə biləcəyini istisna etmirlər. Bu, etibarlı şəkildə sübuta yetirilməsə də, ovçulara yoluxmuş maralların ətini yeməmək tövsiyə olunub.
Mənbə: news.ru