Netanyahu İsrailin Qəzza zolağında hərbi əməliyyatlarını genişləndirdiyini açıqlayıb
İsrail Qəzza zolağında hərbi əməliyyatını genişləndirir və anklavda hakim olan radikal “HƏMAS” hərəkatı üzərində qələbə çalana qədər müharibəni davam etdirəcək.
Bu açıqlama ilə İsrail Baş naziri Benyamin Netanyahu çıxış edib.
“Biz Qəzza zolağında hərbi əməliyyatları genişləndiririk. “HƏMAS” üzərində tam qələbəyə qədər müharibəni davam etdirəcəyik”, - deyə Netanyanu bildirib.
Netanyahunun sözlərinə görə, bu, girovları qaytarmağın, “HƏMAS”ı məhv etməyin və Qəzzanın artıq İsrail üçün təhlükə olmamasını təmin etməyin yeganə yoludur.
“Bu, vaxt aparacaq, lakin biz birik və sona qədər mübarizə aparmaq əzmindəyik”, - deyə o əlavə edib.
Mənbə: TASS