Dec 24

Dağıstanda Qəzzadan gələnlərə Rusiya pasportları paylanıb

Qəzza zolağından Dağıstana gələn ilk 45 nəfər Rusiya Federasiyasının pasportlarını alıb.

“Pasportların alınması onlara özlərini müxtəlif fəaliyyət sahələrində reallaşdırmaq, Rusiya Federasiyasının Konstitusiyasında nəzərdə tutulmuş imtiyazları əldə etmək imkanı verir”, - Dağıstan baş nazirinin müavini Abduraxman Mahmudov pasportların təqdimetmə mərasimində deyib.

Dağıstan Daxili İşlər Nazirliyinin miqrasiya məsələləri üzrə idarəsinin Rusiya Federasiyası vətəndaşları ilə iş şöbəsinin rəisi Sultan Abdulmanapovun jurnalistlərə verdiyi məlumata görə, ümumilikdə 45 pasport verilib.

Qeyd edək ki, Dağıstana Qəzza zolağından 150-dən çox insan gəlib. Onlar müvəqqəti yaşayış mərkəzinə yerləşdiriliblər. Respublikanın hakimiyyət orqanları 200-ə yaxın fələstinli qaçqını qəbul etməyə hazır olduqlarını bəyan ediblər.

Mənbə: TASS

Bənzər xəbərlər

Gündəm

0.019213914871216