Məzahir Pənahov: “Şəxsiyyət vəsiqələrinə görə məhkəməyə verə bilərlər”
“Yeni nəsil şəxsiyyət vəsiqələrində sənədin verilmə vaxtı qoyulmur. Bununla əlaqədar müvafiq sorğular verilib”.
Mozalan.az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov məlumat verib.
O qeyd edib ki, vəsiqələrdə yalnız etibarlılıq müddəti göstərilir:
“Seçkilərlə bağlı tələb edilən sənədlərin formasında isə şəxsiyyət vəsiqələrinin verilmə tarixi də tələb edilir. Amma vətəndaş, bütün tərəflər bilməlidirlər ki, bizə əvvəl şəxsiyyət vəsiqəsinin verilmə tarixi sənədin etibarlı olub-olmaması üçün lazım idi. Yeni nəsil şəxsiyyət vəsiqələrində isə artıq etibarlılıq müddəti göstərilir. Yəni bunu düzgün izah etmək lazımdır. Yoxsa buna görə məhkəməyə verə bilərlər”.
Aysel Aslan