Məşhur rusiyalı hərbi bloqer Ukraynada mühakimə olundu
Ukraynanın Sumı şəhərində məşhur rusiyalı hərbi bloqer Yuri Podolyaka qiyabi olaraq 12 il müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə regional prokurorluqdan məlumat verilib.
Bildirilib ki, Podolyaka təcavüzkar dövlətlə əməkdaşlıq şəraitində Rusiya Federasiyasının Ukraynaya qarşı silahlı təcavüzünə haqq qazandıran məlumatları yaymaqda təqsirli bilinib.
Məhkəmə müəyyən edib ki, 48 yaşlı bloqer Sumı şəhərində doğulub və uzun müddət burada yaşayıb, lakin 2014-cü ildən Rusiya Federasiyasına gedib və hazırda o ölkənin ərazisindən məlumat yayır.
Hökmdə həmçinin bildirilir ki, Podolyaka özünü müharibənin əsas spikeri adlandırır və onun sözlərinə görə, ruslara səfərbərlikdə və informasiya zərbəsinə tab gətirməkdə kömək edir.
Qiyabi hökmdən əlavə, təqsirləndirilən şəxsin Sumı rayonunda yerləşən əmlakına məhkəmənin qərarı ilə həbs qoyulub.
Mənbə: “Politika stranı” “Telegram”