Dec 22

Pakistan Ali Məhkəməsi İmran Xanın zaminə buraxılması barədə qərar qəbul edib

Pakistan Ali Məhkəməsi ölkənin sabiq Baş naziri İmran Xanın zaminə buraxılması barədə qərar qəbul edib.

Mozalan.az xəbər verir ki, bu barədə Xanın vəkili Salman Safdar jurnalistlərə bildirib.

Onun sözlərinə görə, İmran Xanın nəzarətə götürülməsi ilə bağlı qərarın ləğvi və onun azadlığa buraxılması qərarı növbəti məhkəmə iclaslarında keçiriləcək dinləmələr zamanı qəbul edilə bilər.

Vəkil onu da qeyd edib ki, İmranla Xanla yanaşı keçmiş XİN rəhbəri Şah Mahmud Kureşi barəsində də zaminə buraxılması barədə qərar qəbul edilib.

Bənzər xəbərlər

Gündəm

0.10435390472412