Dec 22

“Sabahın alimləri” müsabiqəsinin qeydiyyat müddəti uzadıldı

“Sabahın alimləri” XIII respublika müsabiqəsinə qeydiyyat müddəti dekabrın 25-i saat 17:00-dək uzadılıb.

Bu barədə "Mozalan.az" ə Təhsil İnstitutundan bildirilib.

Qeyd olunub ki, ABŞ-ın “Society for Science” təşkilatı tərəfindən təşkil olunan Beynəlxalq Elm və Mühəndislik Sərgisi (ISEF) çərçivəsində ölkəmizdə “Sabahın alimləri” XIII respublika müsabiqəsi keçiriləcək. Müsabiqənin əsas məqsədi Azərbaycan Respublikasında fəaliyyət göstərən məktəblərin IX-XI sinif şagirdlərinin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması çərçivəsində 8 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri) üzrə elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar olunmasıdır.

Müsabiqədə iştirak etmək istəyən şagirdlər dekabrın 25-i saat 17:00-dək https://sabahinalimleri.edu.az/ portalında qeydiyyatdan keçməlidirlər. Müsabiqədə yüksək elmi-tədqiqat nəticələri göstərən Azərbaycan məktəbliləri ABŞ-da keçirilən ISEF-də iştirak edəcəklər.

Bənzər xəbərlər

Gündəm

0.044754028320312