Dec 21

Çexiya universitetindəki qırğını kimin törətdiyi məlum oldu - YENİLƏNİB + FOTO/VİDEO

Praqadakı Karl Universitetinin fəlsəfə fakültəsində baş verən atışmanı paytaxtdan təxminən 20 km qərbdə yerləşən Kladno şəhərindən olan 24 yaşlı tələbə David K. həyata keçirib.

Bu barədə Çexiya polisi məlumat yayıb.

Müəyyən edilib ki, David K. bir neçə növ odlu silahın sahibi olub və fakültədə terror aktına öncədən hazırlaşıb. O, silahlara qanuni yolla sahib olub. Bundan əlavə, polis onun qırğından bir neçə saat əvvəl atasını öldürməsindən şübhələnir. David K. onu zərərsizləşdirmək üçün polis əməliyyatına başladıqdan sonra intihar edib.

Xatırladaq ki, Karl Universitetindəki atışma azı 15 nəfərin ölümünə səbəb olub. Hadisə nəticəsində yaralananların sayı isə artıq 30 nəfərə çatıb.

Mənbə: TASS

21:34

Praqada atışma nəticəsində ölənlərin sayı 15 nəfəri keçib, azı 24 nəfər yaralanıb.

Bunu Çexiya polisinin rəhbəri Martin Vondraşek CT24 televiziyasına bildirib.

“Biz bilirik ki, bu faciəli hadisə nəticəsində 15-dən çox insan həyatını itirib. Ən azı 24 nəfər yaralanıb”, - deyə o qeyd edib. Praqa səlahiyyətliləri atəş açan şəxsin intihar etdiyini vurğulayıblar.

20:30

Çexiyanın paytaxtı Praqada Karl Universitetində baş verən atışmada 10 nəfər ölüb.

Məlumata görə, insident zamanı azı doqquz nəfər yaralanıb. Bildirilir ki, təhsil müəssisəsindəki insanlar təxliyə edilib və bina tamamilə boşaldılıb.

Mənbə: TASS

19:40

Praqada (Çexiya) ali məktəb binasında atışma baş verib.

İlkin məlumatlara görə, insident Karl Universitetinin fəlsəfə fakültəsində yaşanıb.

Yerli polis məlumat verib ki, atışma nəticəsində bir neçə nəfər ölüb, onlarla insan yaralanıb.

Atəş açan şəxsin zərərsizləşdirildiyi bildirilib.

Hadisənin təfərrüatları araşdırılır.

Mənbə: TASS

Bənzər xəbərlər

Gündəm

0.2351438999176