“ESN Azerbaijan” tərəfindən infosessiya təşkil olunub
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq əməkdaşlıq departamentinin dəstəyi ilə tələbələr üçün “Erasmus Student Network (ESN) Azerbaijan” tərəfindən “Erasmus+” imkanları, xaricdə təhsil və könüllülük proqramları haqqında infosessiya təşkil olunub.
UNEC-dən "Mozalan.az" a bildirilib ki, tədbirdə “ESN Azerbaijan”ın prezidenti Kübra Rəsul təşkilatın fəaliyyəti, “Erasmus+” imkanları, Avropa Həmrəylik Korpusu, xaricdə təhsil və təcrübə proqramları, eləcə də gələcək layihələr barədə məlumat veriblər.
Sonra “ESN Azerbaijan”ın üzvü, Avropa Həmrəylik Korpusu proqramının məzunu Xəyal Məhərrəmli, “Erasmus+” proqramının məzunu Lalə Səlimli və “MaRIHE” proqramının qalibi, hazırda Avstriyada magistratura təhsili alan Aysel Muradova xaricdə təhsil barədə öz təcrübələrini bölüşüblər.