ABŞ-ın kommersiya neft ehtiyatları 443 mln. bareli ötüb
Ötən həftənin yekunlarına görə, ABŞ-da kommersiya neft ehtiyatları 2 909 min barel artaraq, 443 682 min barel təşkil edib.
"Mozalan.az" ın məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir.
Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 2 283 min barel azalacağını proqnozlaşdırırdı.
ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.