Yasamalda yeniyetməyə qarşı cinayət törədilib
Dekabrın 20-də gecə saatlarında Yasamal rayonu ərazisində bir yeniyetmənin mobil telefonunun soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.
DİN-dən Mozalan.az - a verilən xəbərə görə, Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlində şübhəli bilinən Lənkəran rayon sakini 1997-ci il təvəllüdlü R.Əhədzadə müəyyən olunaraq saxlanılıb.
Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.